Keçmiş ruqbi oyunçusu Rovan Bakster içərisində üç övladı və həyat yoldaşı olan avtomobili sürərkən bir anda onu yandırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu qorxunc hadisə Yeni Zelandiyada yaşanıb. Məlumata görə, keçmiş idmançının həyat yoldaşı Hannah "Üstümüzə benzin tökür!" deyə qışqıraraq özünü maşından atıb və xials ola bilib. Bakster isə yanan avtomobilin içərisində özünü bıçaqlayaraq intihar edib.

Rovan Baksterin həyat yoldaşından ötən il ayrıldığı və bu səbəbdən psixoloji problemlər yaşadığını bildirib. Onun yaxınları da son 1 il ərzində keçmiş idmançının özünün çox pis hiss etdiyini qeyd ediblər.