Bakıda iki qadın bıçaqlanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Binəqədi rayonunda 1990-cı il təvəllüdlü Aytəkin Qəhrəmanova keçmiş yoldaşı ilə yaşadığı binanın qarşısında mübahisə edib. Nəticədə qadın bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Babək prospektində qeydə alınıb.

30 yaşlı Maisə Sarıyeva naməlum şəraitdə bıçaqlanıb. Yaralı qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən xəstəxanaya gətirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Hər iki faktla bağlı araşdırma aparılır.