Çində artıq yeni tipli koronavirusdan ölənlərin sayı 2238 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, virusa yoluxanların ümumi sayı 75465 nəfər olaraq açıqlanıb. Onlardan 11633-nün vəziyyətinin ağır olduğu bildirilib. 

Minlərlə insanın ölümünə səbəb olan qatil virusdan qorunmaq üçün çinli rəhbər şəxslər evlərdə saxlanılan heyvanları zorla götürərək öldürməyə başlayıblar.