Mərkəzi Seçki Komisisyasının (MSK) iclasında 25 saylı Nizami ikinci seçki dairəsi üzrə Ramin Əbilovun şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, şikayətçi bu seçki dairəsi üzrə 14 seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirib:

“Araşdırma hərtərəfli araşdırılıb. Şikayət qismət təmin edilməli, 26 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilməlidir”.

MSK-nın ekspert qrupunun rəyi ilə 25 saylı Nizami ikinci seçki dairəsinin 26 saylı məntəqəsində səsvermənin nəticəsi ləğv edilib.

Qeyd edək ki, bu dairədən lider namizəd Sədaqət Vəliyevadır.