Daha öncə "Napoli" klubunun azarkeşləri tərəfindən sinəsinin açılması istənilən italiyalı futbol şərhçisi Diletta Leotta yenidən gündəmə gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, "Əgər futbolla maraqlanırsınızsa, məni sadəcə izləməyin, eyni zamanda dinləyin" deyib. Buna cavab olaraq italiyalı jurnalist Fulvio Kollovati "Əgər bir jurnalist bu geyimlə stadiona gedirsə, deməli ona baxılmasını sevir. Belə olduqda isə heç kim onu dinləməz" sözlərini deyib.

"Instagram"da 5 milyondan çox izləyicisi olan Diletta Leotta İtaliyanın ən məşhur şərhçisi olaraq tanınır.