Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

Unikal.org xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, hazırda koronavirus qurbanlarının sayı 2442-ə çatıb, yoluxanların sayı 76 936 nəfərdir.

Son sutka ərzində virusdan 97 ölüm hadisəsi qeydə alınıb, ümumilikdə isə indiyədək virusa yoluxmuş 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.