Sumqayıtda intihar hadisə baş verib.
 
Unikal.org xəbər verir ki, hadisə şəhərin dənizkənarı bulvarında qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Qurbanov Müzəffər Qəzənfər oğlu özünü dənizə doğru uzanan körpünün aşağı hissəsindən asaraq intihar edib.
Qeyd edək ki, intihar edən şəxs Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsininin 4-cü kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.