Bakıda idman zalından oğurluq olub.

Unikal.org-un məlumatına görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən idman zalının geyim otağında baş verib. Belə ki, şəhər sakini Z. Tağıyevin içində 500 manat, 100 ABŞ dolları olan pulqabısı oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş, 1985-ci il təvəllüdlü Əliabbas Qəmbərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.