Bakıda univermaqdan oğurluq olub.

Unikal.org xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən “Moskva” univermağında qeydə alınıb.

Məlumata görə, Q.Əliyevə məxsus piştaxtadan 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.