Türkiyə aviasiya nəhəngi "AnadoluJet" bu il 29 mart-24 oktyabr tarixlərindəki beynəlxalq uçuşlar üçün bilet qiymətlərini açıqlayıb. Biletlər vergilər xaric 1 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

Unikal.org xəbər verir ki, həmin biletləri ləğv etmək, qaytarma və dəyişmək mümkün olmayacaq. Ucuz biletlər, Almaniya, Avstriya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistanı  olmaqla cəmi 21 ölkəni əhatə edəcək. 

Biletlərin məhdud sayda olduğu qeyd edilib. 

Kampaniyanın etibarlı olduğu beynəlxalq uçuşlar və sərnişin növləri aşağıdakı kimi satışa təqdim ediləcək: 

Türkiyə, Bağdad, Erbil və Tel Aviv-yoxuşlu uçuşlar 1 dollar;

Bakı, Barcelona, Berlin, Frankfurt, Paris, Milan, Moskva, Roma və Tiflis çıxışlı uçuşlar 1 avro;

Londondan uçuşlar 1 sterlinq; 

Bəhreyn çıxışlı uçuşlar 1 BHD-dən; Küveytdən uçuşlar 1 KWD;

Dubaydan uçuşlar 9 AED;

Dammam və Riyad çıxışlı uçuşlar 9 SAR 

Kopenhagen, Stokholm, Ciddə, Mədinə, Tehran və Ercana uçuşların kampaniyaya daxil olmadığı bildirilir.