İllər öncə Türkiyədə televiziyasında yayımlanan və reytinq qıran  “Aşk-ı memnu” serialında “Bihter” və “Adnan” rollarını  canlandıran ulduz simalar illər sonra bir araya gəlib. 

Unikal.org məlumat verir ki, məşhur aktrisa Beren Saat müğənni həyat yoldaşı Kənan Doğulu ilə birlikdə  teatr tamaşasını izləməyə gedən cütlük  “Adnan” xarakterini canlandıran Selçuk Metodla qarşılaşıblar.

Belə ki, 10 ildən sonra bir araya gələn məşhur ulduzlar xatirə şəkil çəkdirərək sosial şəbəkədə paylaşıblar. Bu paylaşım sevənləri tərəfindən yüzlərlə bəyəni alıb.

Qeyd edək ki, “ Aşk-ı memnu” 2008-2010-cu illərdə yayımlanıb. 

Gülayə Mecid