"Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında gestapo rejimidir, Məzahir Pənahovun yanında Stalin toya getməlidir. Amma bunun heç bir əsası yoxdur”.

Unikal.org xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O bildirib ki, barəsində səslənən fikirlər doğru deyil: “Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar. Həmçinin bizim işçilərlə də münasibətlərimiz çox səmimidir”.