Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 93 saylı Bərdə şəhər seçki dairəsindən müraciətlərə baxılıb.

Unikal.org xəbər verir ki, müraciət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. O qeyd edib ki, şikayətçi həmin dairədən qeydə alınmış deputatlığa namizəd Ərəstun Baxşaliyevdir.

Namizəd seçki dairəsi üzrə pozuntuların qeydə alındığını iddia edərək, səsvermə nəticələrinin ləğv olunmasını xahiş edib.

MSK üzvünün araşdırması nəticəsində iddiaların əsassız olduğu aşkarlanıb. Tofiq Həsənovun təklifi, MSK-nın ekspert qrupunun rəyi ilə namizədin şikayəti təmin edilməyib.

Qeyd edək ki, həmin dairədən lider namizəd Fatma Yıldırımdır.