Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ermənistanın diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatı nəticəsində şəhid olan İbrahim Vəliyevin ailəsinə başsağlığı verib.

Unikal.org xəbər verir ki, Ərdoğan səsləndirdiyi bəyanatda deyib:

"Dünən erməni tərəfindən açılan atəş nəticəsində şəhid olan İbrahim qardaşımıza Allahdan Rəhmət diləyirəm. Azərbaycan xalqına başsağlığı diləyirəm".