Dünyanın ən zəngin 4-cü adamı olan Varren Buffett yeni telefon alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı 90 milyard dollar sərvətə malik olan iş adamı sonunda düyməli telefonundan imtina edib və smartfon alıb. O, seçimini "Apple iPhone 11" olaraq edib. 

Varren Buffettin bu qədər sərvətə sahib olmasına baxmayaraq bu zamana kimi köhnə model telefon istifadə etməsi hər kəsi təəccübləndirib.