Bakıda bıçaqlanma olub.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, Bakı şəhər sakini Ziyad Ələsgərov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Kristina Ələsgərovanı bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.