Gəncə şəhərində 55 yaşlı qadın və onun 21 yaşlı qızı itkin düşüb.

Unikal.org xəbər verir ki, Gəncə şəhər Cavad Xan qəsəbəsində yaşayan, 1965-ci il təvəllüdlü Zahirə Məmişova və onun qızı, 1999-cu il təvəllüdlü Günel Əmrahova fevralın 23-də evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Bununla bağlı yaxınları polisə məlumat veriblər və hər iki şəxsin tapılması üçün axtarışlara başlanılıb.