Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İtaliya və İraqa səfər etməməyə çağırıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN-in Mətbuat Xidməti yayıb.

“İtaliya və İraqda koronavirus (COVID-19) hadisələrində və bu virusdan qaynaqlanan ölümlərdə son günlərdə artım müşahidə edilir. Bu çərçivədə vətəndaşlarımızı zərurət yaranmadığı təqdirdə İtaliya və İraqda koronavirusa yoluxma hallarının qeydə alındığı bölgələrə səyahət etməmələri tövsiyə olunur”, - məlumatda vurğulanıb.