İngiltərənin Mançester şəhərində bir vətəndaş 2009-cu ildə yediyi qidanın kağızını atmaqda günahlandırılaraq məhkəməyə verilib.

Unikal.org məlumat verir ki, zibili yerə atan şəxsə 2009-cu ildə cərimə göndərilsədə o bundan xəbər tutmayıb. 11 il sonra cəriməsinin olduğunu bilən şəxs həyatının şokunu yaşayıb.

Belə ki, 2009-cu illə nisbətən cərimənin qiymətində artım olub və 2500 sterlinq ödəməli olan şəxs pulu ödəmədiyi müddət ərzində məhkəməyə verilməsi haqqında qərar qəbul edilib.