Oğuzda silahlı insident baş verib.

Daxili İşlər Nazirliyinin Şəki regional qurupundan Unikal.org-a verilən məlumata görə, Kərimli kənd sakini, 55 yaşlı Elşən Füruddin oğlu Abdullayev güllələnərək öldürülüb. Belə ki, onu qonşusu Məsumov Zərgəm Məmməd oğlu ov tüfəngi ilə güllələyib.

Zərqəm Məsimov polis əməkdaşları tərəfindən saxlanılıb və cinayətdə istifadə etdiyi “Tula” markalı tüfəng götürülüb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.