Bakıda qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini İ.İbrahimova fevralın 26-da “Mercedes” markalı avtomobilində Bakı şəhər sakini olan tanışı F.Quliyevanı Biləcəri qəsəbəsindən evinə aparmaq istəyərkən onun tanışları olan 3 nəfər tərəfindən döyülərək nəqliyyat vasitəsinin və mobil telefonunun alındığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Qazax rayon sakini N.Gülümcanov, Abşeron rayon sakini A.Qasımov və paytaxt sakini E.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Avtomobil və mobil telefon sahibinə qaytarılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.