Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Bəşər Əsəd qüvvələri tərəfindən İdlibdə 33 türk əsgərinin şəhid olmasından danışıb.

Unikal.org xəbər verir ki, H.Akar dolayı yolla bəyan edib ki, baş verən hadisədə Rusiya günahkardır:

"Qoşunlarımızın olduğu yerlər əvvəldən Rusiya tərəfinə deyilməsinə baxmayaraq hücum reallaşdırılmışdır. İlk vuruşdan sonra, xəbərdarlığa baxmayaraq, hücum davam edib. Hətta bu hava hücumları zamanı təcili yardım maşını da vurulub.

Bu hücum zamanı hərbçilərimizin ətrafında heç bir silahlı qrupun olmayıb".