Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri, 100-dən çox qəsəbə sakinləri iştirak ediblər.

Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər.

Qəsəbə sakinlərindən 5 nəfəri fərdi qaydada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən dinlənilib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin  həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.