"Əgər hansısa şəxs koronavirusa yoluxmasından şübhələnirsə, yaxın zamanda səyahətdə olubsa, onda təcili yardıma xəbər verməlidir".

Unikal.org xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxsi xüsusi maskada olan həkim gəlib yoxlayacaq, yaxma nümunəsi götürəcək və müvafiq yerlərə göndərəcək: “Həmin nümunə Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Mübarizə Mərkəzinə göndərilir. Lakin hansısa insan özü sərbəst şəkildə gedib yoxlana bilməz, çünki bu zaman qarışıqlıq olar. Həmin şəxsə gərək həkim nəzarət etsin. Ölkədə nə qədər insan var, hər qızdırması olan gedib yoxlansa, qarışıqlıq olar. Gərək təyinatı həkim versin. Koronavirus təhlükəsi olan adamdan yaxma alındıqdan sonra həmin şəxs karantinə alınır”.