Bakının əsas prospektlərindən birində böyük tıxac yaranıb. 

Unikal.org-un verdiyi xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Belə ki, Heydər Əliyev prospekti Bağırov körpüsündə (Koroğlu istiqamətində) yol-nəqliyyat hadisəsi baş verdiyindən hazırda sıxlıq müşahidə olunur.