"Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim".

Unikal.org-un xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

"Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim".

Xatırladaq ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və ReAL Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.