Sumqayıtda və Binəqədidə ümumilikdə 13 avtomobildə oğurluq edən şəxslər yaxalanıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş İ.Məmmədovun ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2 nəfərlə birgə rayon ərazisində daha 7 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Oğurluq etdiyinə görə tutulmuş A.Feyziyevin ətrafında Sumqayıt ŞPİ 4-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun şəhər ərazisində daha 6 avtomobildən pul, sənəd və məişət əşyaları oğurlaması da müəyyən olunub.