AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 19-cu turunun “Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Premyer Liqanın 19-cu turunun “Zirə” – “Qəbələ” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Premyer Liqanın 19-cu turunun “Sumqayıt” – “Keşlə” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

1-ci divizionun 17-ci turunun “Səbail-2” – “Qarabağ-2” oyununda topdaşıyanların sayı əsasnamədə göstəriləndən az olduğu üçün “Səbail-2” 80 manat cərimə olunur;

1-ci divizionun 17-ci turunun MOİK – “Sumqayıt-2” oyununda MOİK klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

MOİK – “Sumqayıt-2” oyununda matç bitdikdən sonra oyunun videoyazısı hakim-inspektora təqdim edilmədiyi üçün MOİK klubu 80 manat cərimələnir;

MOİK – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandası paltardəyişmə otağında ləngidiyi üçün oyun 4 dəqiqə gec başlayıb. Bu səbəbdən “Sumqayıt-2” 240 manat cərimə olunur.