Braziliya millisinin və “Barselona” klubunun keçmiş yarımmüdafiəçisi Ronaldinyo saxlanılıb.

Uniakl.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Paraqvayın Daxili İşlər naziri Euklides Asevedonun açıqlama verib.

Bildirilir ki, ulduz futbolçu Ronaldinyo Paraqvaya daxil olmaq üçün saxta pasportdan istifadə etməkdə şübhəli bilinir.

Martın 4-də axşam saatlarında futbolçunun qaldığı otel otağında polis axtarış aparıb. Polis əməkdaşları  Ronaldinyo və onun böyük qardaşı Robertonun adına saxta pasport aşkar edib.

Onların hər ikisi bu əmələ görə saxlanılıb. 

Qeyd edək ki, Ronaldinyo vergidən yayındığına görə xarici pasportdan məhrum edilib. Onun 2018-ci ildən qalan borcları səbəbindən ölkədən çıxışına qadağa qoyulub.