V çağırış Milli Məclisin deputatlarının parlamentdəki xidməti otaqlarının qapısından ad və soyadlarını göstərən lövhələr qoparılıb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, namizədliyi irəli sürülməyən və seçki nəticələri etibarsız sayılan dairələrdən namizədliyini irəli sürən bir neçə deputat parlamentdəki otağından şəxsi əşyalarını çıxarıb.

Bir neçə deputat isə parlamentdəki otağından şəxsi əşyalarını özü ilə aparmayacağını bildirib.

Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.