Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın nəhəng media holdinqi olan “Xəzər Media Mərkəzi”ni alıb.

Unikal.org-un məlumatına görə, SOCAR Media" İctimai Birliyinin sədri Xalik Məmmədov bu gün xalq artisti Murad Dadaşovu Xəzər TV-nin yeni direktoru Murad Dadaşovu kollektivə təqdim edib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Unikal.org-a xəbəri təsdiqləyib. İ.Əhmədov bildirib ki, SOCAR Media İctimai Birliyi SOCAR-ın təsisçiliyi ilə yaradılıb: "SOCAR Media" İctimai Birliyi də Azərbaycanda daha əvvəl media qurumlarına dəstək verdiyi kimi, indidə verir.  Xəzər TV-də SOCAR Media" İctimai Birliyinin balansına daxil edilib. "Xazar TV MMC-nin təsis paylarinin "SOCAR MEDIA" tərəfindən alınması barədə bu gün sənəd imzalanıb".

Qeyd edək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub.

Foto qafqazinfo-ya məxsusdur.

Famil Fərhadoğlu