Çində meydana gələn və sürətlə bütün dünyada yayılan koronavirus sahəsində hələ də araşdırmalar aparılsa da, telefonlarla bağlı çox vacib bir xəbərdarlıq alınıb.

Unikal.org  xarici KİV-ə istinadən məlumat verir ki, London Universitetinin mikrobiologiya  doktoru Lena Ciric mətbuata verdiyi açıqlamalarda ən çox təmasda olduğumuz  telefonların təmizliyi ilə bağlı çox vacib qeydlər verib.

Belə ki, Dr.Lena Ciric  daimi istifadə etdiyimiz telefonlardan hər hansı bir virusa yoluxma ehtimalının çox olduğunu deyərək, kimyəvi mayelər, jellər və  yaş dəsmalla tez-tez silmək və təmiz saxlamasının vacibliyini bildirib.