Bu günə qədər  koronavirusdan ölənlərin sayının  800 mindən çox olduğu İtaliyada virus yenə də can almaqda davam edir.

Unikal.org xəbər verir ki, koronavirusun ən çox təsirləndiyi və hazırda xəstəliyin ən yüksək olduğu İtaliyada  doktor Daniele Machini xəstəliklə bağlı mətbuata açıqlama verib. 

Belə ki, Dr. Daniele Machini xəstələrin qəribə şəkildə boğularaq öldüyünü söyləyib. 

Həmçinin də: “Bu xəstəlik qripdən daha ağırdır. Xahiş edirəm onu qrip adlandırmayın. Bunun heç bir əlaqəsi yoxdur. Xəstələr ən az 7 -10 gün evdə qalırlar. Heç kimə yoluxmaq istəmirlər. Temperatur çox yüksəkdir. Artıq boğulma hissini daşıya bilmədikləri üçün ağırlaşdıqda gəlirlər.Nəfəs ala bilmirlər. Onlara oksigen lazımdır. Bu virusa qarşı dərmanlar çox azdır. Yalnız kömək etməyə çalışırıq, amma hamısı xəstədən asılıdır. Xəstəxanaya erkən və ya gec gəlmək heç nəyi dəyişmir. Sonu eyni sondur. Yaşlılar dayana bilmirlər” deyə bildirən Dr. Daniele Machini  xəstələrin boğularaq  öldüyünü və bunun qarşısında əlacsız qaldıqlarını təəssüf hissi ilə qeyd edib.