İstanbulda oğurluqda şübhəli bilinən şəxs ədliyyədən çıxarıldıqdan sonra 4 nəfər tərəfindən qaçırılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, həmin şəxslər eyni zamanda bir polis məmurunu da avtomobilə əyləşdirib və onu döyüblər. Daha sonra döydükləri polisi xəstəxanalardan birinin qarşısına ataraq qaçan şübhəli şəxslərin görüntüsü təhlükəsizlik kamerası ilə lentə alınıb. 

Ədliyyədən çıxarkən qaçırılan Tuqay K.-nın məhkəmənin qərarı ilə 4 il həbs cəzasına məhkum edildiyi məlum olub.