Bu gün Türkiyə Səhiyyə naziri koronovirus infeksiyasına yoluxma ilə bağlı 29 nəfərə diaqnoz qoyulduğunu açıqlayıb.

Unikal.org-un məlumatına görə, Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, yeni diaqnozla birgə koronovirusa yoluxma sayı 47 olub.

Nazir bildirib ki, bu gün diaqnozu açıqlanan 29 nəfərin 3-ü Ümrə ziyarətindən, qalanları ABŞ, Avropa və Orta Asiyadan gələnlərdir. Xarici ölkələrlə təmas hələdə təhlükə doğurur.