Çinin Vuhan şəhərində ilk başlanğıc nöqtəsi olan koronavirusun yeni növü (Kovid-19) səbəbiylə bu günə qədər 7000-dən çox insan həyatını itirib. Sürətlə yayılan ölümcül virus dünyada böyük çaxnaşmaya səbəb olub.

Unikal.org xəbər verir ki Fransa, Rusiya və Kanada  virusun yayılmasının qarşısını almaq üçün sərhədlərini xarici vətəndaşlara  bağlamaq qərarına gəlib.