Çinin Vuhan şəhərində meydana gələn və qısa zaman ərzində dünyaya yayılan ölümcül virus  indiyə kimi 6000-dən çox insanın həyatına son qoyub. 

Unikal.org məlumat verir ki, dərmanı hələ ki, elm adamları tərəfindən axtarılan virusun insanların bu yaş qruplarına daha tez təsir etməsi  gündəm yaradıb. 

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Ghebreyesusun məlumatına görə;


-80 yaş və yuxarı insanlar 100-də 90 faiz:


-70 yaş və 79 yaş 100-də 80 faiz:


-70 yaş - 69 yaş arasındakı insanların ölüm faizi 70 faiz: 


-69 -59 yaş arasındakı insanların yaş arasındakı ölüm nisbəti 60 faiz:


- 50 -30 yaş arasındakı ölüm faizi 40 faiz:


-29- 20 yaş arasındakı 20 faiz:


-19- 10 yaş arası isə 100-də 10 faizini  təşkil edir.

Qeyd edək ki, Türkiyənin Səhiyyə Nazirliyi koronavirus ilə bağlı  Elmi Komitəsinin üzvü Dr. Atəş Kara, bütün dünyanı təsiri altına alan və Türkiyəyə də sıçrayan  virusla bağlı mətbuata açıqlamalar verib.

Uşaqlarda və 50 yaşdan kiçik insanlarda ölüm riskinin çox az olduğunu ifadə edən Qara “Uşaqlarda xəstəlik nisbəti çox aşağıdır, yəni 9 yaşdan kiçik uşaqlarda. Ölümcül deyil, ancaq 9 ilə 50 yaş arasında xəstəliyin ölümcül olma ehtimalı da çox aşağıdır. Buna görə hər kəs virus yoluxa bilər, ancaq xəstəliyin ciddi şəkildə keçməsində ən vacib amil və ya ən vacib risk siqaret, məsələn 60 yaşdan yuxarı diabet, xüsusilə ürək xəstəlikləri, ağciyər xəstəliklərinin olması kimi səbəblərdir. Bu, ölümü artırır” deyə bildirib.