Bədii gimnastika üzrə Avropa çempionatı təxirə salınıb.

Unikal.org xəbər verir ki, bu qərarı Avropa Gimnastika İttifaqı verib.

Belə addımın atılmasına koronavirus pandemiyası səbəb olub. Ukraynanın paytaxtı Kiyevdəki yarış qeyri-müəyyən vaxta keçirilib.

Qeyd edək ki, Avropa çempionatı mayın 21-24-də baş tutmalı idi.