Koronavirusdan 93 nəfərin dünyasını dəyişdiyi ABŞ-ın Florida ştatında maraqlı görüntülər qeydə alınıb.

Unikal.org xəbər verir ki, insanlar koronavirusla mübarizə apararkən Floridada insanlar çimərliklərə axın edib. ABŞ Prezidenti Donald Tramp vətəndaşlara 10 nəfərdən çox insanın bir araya toplanmamasını və zərurət olmadıqda evdən çıxmamaları barədə xəbərdarlıq etsə də, Floridada buna məhəl qoyan olmayıb.

Ərazidə təhlükəsizlik səbəbindən bağlanılan çimərliklərin dolması bu fotoları görən insanları təəccübləndirib.