"Yuventus" klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, Blez Matuidi də "COVİD-19" epidemiyasına yoluxub. Onun nəticələri müsbət çıxıb. Bu barədə məlumatı klub təsdiqləyib.

Qeyd edək ki, Matuididən əvvəl Daniele Ruqani də koronavirusa yoluxmuşdu.