Çində koronavirusla yoluxanların sayı 80 min 894-ə çatıb.

Unikal.org-un məlumatına görə, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi bildirib. Məlumatda deyilir ki, onlardan 3237 nəfər ölüb, 69,6 mindən çox xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb. Çində son sutka ərzində 13 yeni xəstələnmə faktı aşkarlanıb, 11 nəfər ölüb, 922 nəfər xəstəxanalardan buraxılıb.

Hazırda 8056 nəfər xəstədir (2622 nəfərin vəziyyəti ağırdır), 69 601 nəfər xəstəxanadan buraxılıb, 3237 nəfər vəfat edib.