Çinin Vuhan şəhərində meydana gələn və qısa müddət ərzində bir çox ölkəyə yayılan yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbindən indiyə kimi  7 min 951 nəfər həyatını itirib.

Unikal.org məlumat verir ki, dünyada böyük çaxnaşmaya səbəb olan ölümcül virusla əlaqəli vaksin  Çinli alimlər tərəfindən tapılıb. Elm adamları tərəfindən vaksinə “Favipiravir” adı verilib.  

Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin rəhbəri Zhang Xinmin, Shenzhendə 80 xəstənin iştirak etdiyi bir klinik araşdırmanın aparıldığını söyləyərək, “Favipiravir” dərmanının yüngül və nizamlı hallarda bərpa müddətini 11 gündən 4 günə endirdiyini söyləyib. 

Xinmin, dərmanın əhəmiyyətli bir yan təsirinin müşahidə edilmədiyini izah edib.