Türkiyənin Yalova ərazisində gecə saatlarında qətl hadisəsi  baş verib. 

Unikal.org xəbər verir ki, Türkiyənin tanınmış iş adamı olan Erdal Dönməz evinin qarşısında iki naməlum şəxs tərəfindən silahla vurularaq qətlə yetirilib. Şübhəli şəxslər hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıblar. Hadisə yerinə polis qrupları cəlb olunub. Cinayətin nə səbəbdən baş verdiyi məlum deyil. 

Faktla bağlı araşdırma davam edir.