“Koronavirus pandemiyasının yayılması bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli səviyyədə səyahət məhdudiyyətlərinə, habelə risklərin azaldılması üçün üz-üzə təmas məhdudiyyətlərə səbəb olub”.

Unikal.org ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik bildirib.

O qeyd edib ki, göstərilənləri nəzərə alaraq və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər ləğv olunana qədər monitorinq təlimləri dayandırılacaq: “Bu arada müvafiq hərbi qurumlarla əlaqə saxlamağa davam edirəm”.