“Qarabağ”ın futbolçusu Miçel koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, İspaniya mətbuatına danışan 34 yaşlı futbolçu, Bakıdakı vəziyyətlə bağlı açıqlama verib:

“Keçən həftəyə qədər normal məşq edirdik, amma daha sonra çempionat dayandırıldı və məşqlərimizi evdə davam etdirməyə başladıq. Burda çölə çıxmaqla bağlı problem yoxdur. Ticarət mərkəzləri və restoranlar saat 21:00-a qədər işləyir. Bir çox yerə girməzdən əvvəl tempraturu da yoxlayırlar”.