Mayın 8-də İsveçrədə start götürməli olan xokkey üzrə dünya çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub.

Unikal.org xəbər verir ki,  bununla əlaqədar Beynəlxalq Xokkey Federasiyası qərar qəbul edib. Səbəb kimi təşkilatçı ölkədə xəstəliyə yoluxanların sayının sürətlə artması göstərilib. Mundial mayın 24-dək davam etməli idi.

Hazırda dünyada xokkey turnirlərinin çoxu dayandırılıb.

COVID-19 2019-cu ilin sonlarında Çinin Uрan şəhərində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyi pandemiya elan edib. Son məlumatlara əsasən, koronavirusla əlaqədar 10 mindən çox insan dünyasını dəyişib.