Bakı şəhərinin Səbail rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşları halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.