Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Xətai rayonu Nobel prospektində qeydə alınıb.

Belə ki, 99 TR 805 dövlət nömrə nişanlı "Mercedes Vito" markalı avtomobil yolu keçmək istəyən 35-40 yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və polis əməkdaşları cəlb olunub.