ABŞ kantri musiqisinin əfsanəsi, dünya şöhrətli musiqiçi Kenni Rocers 81 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat verib. Açıqlamaya görə, sənətçi Texas ştatındakı evində vəfat edib. Qeyd edək ki, Kenni Rocers 1970-1980-ci illərdə səsləndirdiyi musiqiləri ilə dünyada nüfuz qazanıb.

Rocers "The Gambler", "Lucile" və "Coward of the Country" adlı musiqiləri ilə satış rekordlarını alt-üst edib.