Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.  

Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sabunçu rayonunda "Opel" və “Hyundai” markalı iki minik avtomobili toqquşub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Hyundai" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Opel" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.